Ümumi Şərtlər və Qaydalar

Saytımızdan və xidmətlərimizdən istifadə etməklə, bu Ümumi Şərtlər və Qaydaları oxuduğunuzu, anladığınızı və razı olduğunuzu təsdiq edirsiniz. Bu Ümumi Qaydalar və Şərtlərin orijinal mətni ingilis dilində yazılmışdır. Əgər başqa dillərdəki versiya ilə ingiliscə arasında ziddiyyət yaranarsa, ingiliscə versiya üstün götürüləcəkdir.

1. Əsas Anlayışlar

  1. Mərc: Mərclər, müştəri ilə mərc şirkəti arasında nəticəsi mərc zamanı məlum olmayan bir hadisənin nəticəsi üzərində razılaşmadır.
  2. Nəticə: Mərcin edildiyi hadisənin necə nəticələnməsi.
  3. Müştəri: Hər hansı nəticə üzrə mərc edən şəxs.
  4. Siyahı: Oyunların siyahısı, mümkün nəticələrin, onların əmsallarının, tarixlərini və vaxtlarını bildirir.
  5. Mərcin Ləğvi: Əgər mərc ləğv olunarsa, potensial uduşlar ödənilmir və mərc məbləği geri qaytarılır.
  6. Əsas Vaxt: Matçın standart müddəti, rəsmi artırılmış vaxtı da əhatə edir, lakin əlavə vaxt (ekstra taym) və ya penalti seriyalarını əhatə etmir.
  7. Uduşlu Mərclər: Əgər bütün proqnozlaşdırılan nəticələr doğru olarsa, mərc uduşlu sayılır.
  8. Müştərilər uduşlarını yoxlamalı və hesablamaya etiraz edirlərsə, on gün ərzində bizə bildirməlidirlər.
  9. Əmsallar, handikaplar, total və maksimum mərclər kimi şərtlər mərc qoyulduqdan sonra dəyişə bilər, lakin mövcud mərclərə təsir etmir.
  10. Əgər mərc edənin mərc edərkən tədbirin nəticəsini bildiyi müəyyən edilərsə, mərc hesabını bağlamaq hüququnu özümüzdə saxlayırıq.

2. Mərc Qəbulu Qaydaları

  1. 1Vin müştərilərə xəbərdarlıq etmədən maksimum mərc limitlərini və əmsalları məhdudlaşdırmaq hüququnu özümüzdə saxlayır.
  2. Müştərinin hesabında yalnız kifayət qədər vəsait olduqda mərclər qəbul edilir. Mərc məbləği mərc qəbulu zamanı çıxılır; əgər mərcedən qazanarsa, uduşlar hesablanmadan sonra balansına köçürülür.
  3. Mərclər hadisə başlamazdan əvvəl edilməlidir. Faktiki başlama vaxtından sonra qoyulan mərclər etibarsızdır. Canlı oyunlara edilən mərclər, yəni oyun zamanı qoyulan mərclər istisnadır.
  4. Xüsusi hallar istisna olmaqla, həm oyunöncəsi, həm də canlı mərclər redaktə edilə və ya silinə bilməz.
  5. Əgər mərc ləğv olunarsa, təkli mərclər geri qaytarılır, ekspress kuponlarda isə ləğv edilmiş hadisə “1” əmsalı ilə hesablanır.
  6. Səhvlərə görə mərclər yanlış hesablanarsa, onları yenidən hesablamaq hüququna sahibik.
  7. Hadisələr yalnız rəsmi mənbələrə əsasən təxirə salınmış və ya ləğv edilmiş sayılır.

3. Mərc Növləri

  1. Təkli Mərc: Bir hadisənin nəticəsinə edilən mərc və ya tək oyundan ibarət kupon. Uduş, mərc məbləğinin əmsala vurulması ilə hesablanır.
  2. Ekspress Mərc: Bir neçə matça edilən mərc. Bütün seçimlər doğru olmalıdır; əks halda, bütün mərc uduzur. Uduş kupondakı oyunların hamısının əmsallara və mərc məbləğinə vurulması ilə müəyyən olunur.
  3. Sistem Mərc: Ekspress mərclərin birləşməsidir. Uduşlar uğurlu seçimlərin sayından asılıdır (məsələn, “5-dən 4-ü”). Sistem mərcində maksimum hadisə sayı 16-dır.

4. Canlı Mərc

  1. Canlı mərclər mövcud nəticələr üzərində qəbul edilir və təkli edilə və ya ekspressin bir hissəsi ola bilər.
  2. Canlı mərclər qeydə alındıqdan və onlayn təsdiqləndikdən sonra dəyişdirilə bilməz.
  3. Canlı matç məlumatlarında yarana biləcək yanlışlıqlara və qeyri-dəqiqliyə görə məsuliyyət daşımırıq.

5.Oyun Nəticələri və Mübahisələrin Həlli

  1. Mərc provayderlərinin xətası ucbatından səhv nəticələr verilərsə, mərc hesablamaları yenidən nəzərdən keçirilə bilər.
  2. Mərclər rəsmi mənbələr tərəfindən müəyyən edilən hadisənin faktiki başlama vaxtına əsasən hesablanır.
  3. Hadisələrin adları, matç müddətləri və digər detalların dəqiqliyinə görə məsuliyyət daşımırıq.
  4. Hadisə başladıqdan sonra qoyulan mərclər (canlı mərclər istisna olmaqla) “1” əmsalı ilə hesablanır.
  5. Nəticəsi əvvəlcədən məlum olan hadisələrə qoyulan mərclər araşdırma gözləyənə qədər etibarsızdır.
  6. İştirakçı hadisə başlamazdan əvvəl çəkilirsə, mərclər ləğv edilir.

6. Hesab İdarəetməsi

  1. Veb-saytın bütün əsas xidmətlərinə daxil olmaq üçün hesab yaradılmalıdır. Müştəri qeydiyyat zamanı e-poçt ünvanı daxil etməlidir, əgər 1 kliklə qeydiyyatdan istifadə edilərək, hesan yaradılısa, etibarlı e-poçt ünvanı əlavə etmək lazımdır.
  2. Müştərilər ən azı 18 yaşında və ya öz ölkələrinin qanunlarına əsasən qanuni mərc oynama yaşında olmalıdır.
  3. Müştərilər saytın istifadəsinin öz yurisdiksiyalarında qanuni olmasına görə məsuliyyət daşıyırlar.
  4. Bəzi ölkələrdən olan müştərilər qəbul edilmir: ABŞ, Kanada, Böyük Britaniya, İspaniya, Latviya, Litva, Hollandiya, Fransa, İtaliya, İsveçrə, Albaniya, Barbados, Pakistan, Suriya, Cənubi Sudan, Kayman adaları, Haiti, Yamayka, Şimali Koreya, Malta, Panama və Birləşmiş Ərəb Əmirlikləri.
  5. Hər müştəriyə yalnız bir hesab icazə verilir. Təkrarlanan hesablar bağlana bilər, əlaqəli mərclər etibarsızdır.
  6. Müştərilər dəqiq şəxsi məlumatlar təqdim etməli və lazım olduqda yeniləməlidir.
  7. İstənilən vaxt şəxsiyyəti təsdiq edən sənədləri tələb edə bilərik.
  8. Buraya şəxsiyyətinizi təsdiq edən sənəd (bura etibarlı pasportunuzun/şəxsiyyət vəsiqənizin və/və ya istifadə etdiyiniz hər hansı ödəniş kartlarının surətləri daxildir),
  9. Ünvanınızı təsdiq edən sənəd, məsələn, son üç ay ərzində verilmiş kommunal ödəniş qəbzi.

7. Depozitlər və Çıxarışlar

  1. Depozitlər müştərinin adına qeydiyyatdan keçmiş hesab və ya kartlardan olmalıdır.
  2. Bütün ödənişlər təsdiqləndikdən və lazım olan yoxlamalar tamamlandıqdan sonra müştərilər çıxarış tələb edə bilər.
  3. Hər depozitdən ən azı 100% məbləği mərc edilməlidir.
  4. 80 AZN və ya digər valyutalarda ekvivalenti olan məbləğə qədər olan çıxarışlar dəqiqələr ərzində emal edilə bilər; daha böyük məbləğlər beş günə qədər vaxt ala bilər.
  5. Mərc üçün istifadə edilməyən vəsaitlərin çıxarışı üçün ödənişlər ala bilərik.
  6. Çıxarış funksiyasını aktivləşdirmək üçün hər edilən depozitin ən azı 100%-i qədər mərc edilməlidir.

8. Qadağan Olunan Fəaliyyətlər

  1. Başqaları ilə nəticələri manipulyasiya etmək və ya aldatmaq məqsədi ilə hərəkət etmək qadağandır.
  2. Oğurlanmış ödəniş üsullarından istifadə etmək və ya aldatıcı fəaliyyətlərə qatılmaq qadağandır.
  3. Pul yuma və ya cinayət məsuliyyətinə səbəb olan hərəkətlər qadağandır.
  4. Qadağan olunmuş fəaliyyətlərə qarışmış hesablar dayandırıla bilər, vəsaitlər saxlanıla bilər.
  5. Şirkət, eyni IP ünvanından və ya yerli şəbəkədən, eləcə də əvvəlcədən razılaşdırılmış şəkildə qrup halında mərc etməyi tövsiyə etmir. Bu cür fəaliyyətlər sövdələşmə, fırıldaqçılıq və aldadıcı hərəkətlər kimi qəbul edilə bilər.
  6. Cinayət fəaliyyətində iştirak, çirkli pulların yuyulması və cinayət məsuliyyətinə səbəb ola biləcək digər hərəkətlər.
  7. Müştərinin bonus vəsaitlərindən qəsdən sui-istifadə etməsi şübhəsi yaranarsa, bonus ödənişlərini və ya uduşları dayandırmaq, ləğv etmək hüququmuz vardır.
  8. Fırıldaqçılıq nəticəsində müştərilərin çəkdiyi zərərlərə görə məsuliyyət daşımırıq.
  9. Fırıldaqçılıq şübhəsi varsa, müştərinin sayta girişini xəbərdarlıq etmədən məhdudlaşdırmaq və hesabını bloklamaq hüququmuz var.
  10. Hüquq-mühafizə orqanlarına qanunsuz fəaliyyət barədə məlumat vermək hüququmuz mövcuddur.
  11. Üçüncü şəxslərin, yəni başqalarının adından oyun fəaliyyəti göstərilməsi saytın qaydalarına ziddir.

9. Müqavilənin Ləğvi

  1. Aşağıdakı hallarda müştərinin hesabını (ad və şifrəsi daxil olmaqla) əvvəlcədən xəbərdarlıq etmədən silmək hüququmuz var:
  2. Bütün müştərilərə və ya hər hansı bir tərəfə xidmət göstərməyi dayandırmaq qərarına gəlmişiksə;
  3. İstifadəçinin hesabı əvvəllər silinmiş və ya hazırda bloklanmış bir hesabla əlaqəlidirsə;
  4. İstifadəçi cinayət fəaliyyətində iştirak edir və ya sistemi sındırmağa cəhd edirsə;
  5. İstifadəçi saytın proqram təminatını pozur və ya manipulyasiya etməyə çalışırsa;
  6. İstifadəçi hesabını hər hansı bir yurisdiksiyanın qanunlarına görə qanunsuz sayılan məqsədlər üçün istifadə edirsə;
  7. İstifadəçi internet saytında təhqiredici və ya alçaldıcı məzmun yayımlayırsa.
  8. Müştərilər dəyişikliklərlə razı deyilsə, saytdan istifadəni dayandırmalıdırlar. İstifadənin davamı qəbul deməkdir.

10. Məxfilik və Məlumatların Qorunması

  1. 1Vin istifadəçilərin veb-sayta daxil olması nəticəsində toplanan şəxsi məlumatlardan istifadə edərkən, fərdi məlumatların qorunması tələblərinə riayət edirik.
  2. Müştərilər şəxsi məlumatlarını təqdim etməklə, müqavilədə göstərilən məqsədlər və hər hansı hüquqi öhdəliklərə əməl etmək üçün bu məlumatların emal edilməsinə razılıq verirlər.
  3. Məxfilik siyasəti çərçivəsində, müştərilərimizin şəxsi məlumatlarını üçüncü tərəflərə açıqlamamağı öhdəmizə götürürük.  Yalnız zəruri hallarda onları lazımi prosessorlar və əməkdaşlarla bölüşə bilərik.
  4. Alınan bütün məlumatların dəqiq qeydə alınması üçün müştərilərdən gələn bütün yazışmaların surətlərini saxlayırıq.

11. Əqli Mülkiyyət

  1. Veb-sayt bizə məxsus olan müəllif hüquqları və digər mülkiyyət hüquqlarına tabedir.
  2. Veb-saytdan istifadə istənilən halda Müştəriyə bizim və ya hər hansı digər üçüncü tərəfin materialları üzərində əqli mülkiyyət hüququ vermir.
  3. Veb-saytda dərc olunan ticarət nişanlarının, brend adların, loqoların və digər reklam materiallarının bizim əvvəlcədən razılığımız olmadan istifadəsi və ya təkrar istehsalı qadağandır.
  4. Müştərilər hər hansı qadağan olunmuş fəaliyyətdən xəbərdar olduqda dərhal bizə məlumat verməlidirlər və təqdim olunan məlumatlardan istifadə edərək araşdırmamız istiqamətində ehtiyac duyulan yardımı göstərməlidirlər.

12. Bonuslar və Promosiyalar

  1. Bonusların çıxarılmasından əvvəl xüsusi mərc tələbləri ola bilər.
  2. Bonus vəsaitlərinin çıxarılması bu tələblərin yerinə yetirilməsindən sonra mümkündür.
  3. Bonusların və ya promosiyaların sui-istifadəsi uduşların itirilməsinə və hesabın bağlanmasına səbəb ola bilər.

13. Veb-Sayt Xidmətlərinə Dəyişikliklər

  1. Müqavilənin hər hansı bəndinə əməl edilmədiyi təqdirdə müştərinin istifadəçi adı və şifrəsini ləğv etmək hüququnu şirkət özündə saxlayır.
  2. Resursu dəstəkləmək və yeniləmək üçün biz öz mülahizəmizlə istənilən vaxt veb-saytda təklif olunan xidmətlərə dəyişiklik və ya əlavələr etmək hüququnu özümüzdə saxlayırıq.